EN

Orta Dəhlizin fəaliyyətində Azərbaycanın oynadığı rol müzakirə edilib

Bakı. Trend:

1-2 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Fariz Rzayev 20-ci Bled StratejiForumunda iştirak məqsədilə Sloveniyada səfərdə olub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, Forum çərçivəsində nazir müavini dünyada hökmsürən cari beynəlxalq vəziyyətə həsr olunmuş panel müzakirələrindəçıxış edib.

Çıxışda cari ilin 8 avqust tarixində baş tutmuş Vaşinqtonsammiti zamanı əldə edilmiş tarixi razılaşmalardan,Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyindənbəhs edib, regionda sabitliyin əhəmiyyəti vurğulanıb.

Çıxışda, həmçinin, Azərbaycanın Avropa ölkələrinin enerjitəhlükəsizliyinə verdiyi töhfə, ölkəmizin iştirakı ilə gerçəkləşənirimiqyaslı enerji və nəqliyyat layihələrinə diqqət çəkilərək,"Orta Dəhliz" kimi beynəlxalq nəqliyyat marşrutlarınınyaradılmasında və fəaliyyətində Azərbaycanın oynadığı vacib rolbarədə məlumat təqdim edilib.

Panel müzakirələri zamanı ölkəmizin BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) uğurlu ev sahibliyi və sədrliyi, COP29çərçivəsində uzun müddət həllini gözləyən bir çox məsələ üzrə əldəedilmiş nailiyyətlərdən və qəbul edilmiş qərarlar barədədanışılıb.

Səfər çərçivəsində, həmçinin, bir sıra ikitərəfli işçi görüşlərkeçirilib.

Chosen
45
4
az.trend.az

7Sources