EN

"Böyük Ermənistan virusunun ən böyük xəstəsi" Levon Ter-Petrosyan imiş...


Faiq Balabəyli: “Həmin yerlərdə qədim Ermənistan dövləti olub demək əsassızdır”

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan yenə ölkəsi ilə bağlı cəfəng iddia irəli sürüb. “Qədim Ermənistanın sərhədləri”ndən danışan sabiq prezident onun vaxtilə Xəzər dənizinədək uzandığını iddia edib.

III əsrə yaşamış romalı tarixçi Mark Yunian Yustinə “istinad” edən Ter-Petrosyan bildirib: “Parfiyadan sonra sərhədləri bütün krallıqlardan daha geniş olan belə bir dövlət haqqında səssiz qalmaq bağışlanmaz olardı. Çünki Ermənistan Kapadokyadan Xəzər dənizinə qədər uzanırdı”.

Qeyd edək ki, Ter-Petrosyanın iddiasının uydurma olması onun bir başqa fikrində də öz təsdiqini tapıb. O, bu dəfə “sərhədləri” Fərat çayı sahillərini əhatə edən, Assuriya və ya Mesopotamiyayadək uzanan, coğrafiyası naməlum “qədim erməni dövləti”ndən bəhs edib.

Onu da bildirək ki, ermənilərin Ermənistan əraziləri ilə bağlı irəli sürdükləri iddialar tarixi faktlara uyğun gəlmir. Bu yalanların bir çoxu saxtalaşdırılmış tarix, uydurma xəritələr və miflər üzərində qurulub. Məsələn, “Böyük Ermənistan” ideyası. Ermənilər qədim dövrlərdə guya Aralıq dənizindən Xəzər dənizinədək uzanan “Böyük Ermənistan” dövlətindən danışırlar. Ancaq belə bir dövlət heç vaxt mövcud olmayıb. Ermənilər fərqli dövrlərdə kiçik icmalar şəklində daim başqa imperiyaların (Roma, Bizans, Səfəvi, Osmanlı, Rusiya və s.) tərkibində yaşayıblar. Ermənilərin tarixdə təsdiqlənmiş ilk dövləti 1918-ci ildə qədim Azərbaycan ərazilərində qurulub.

“Çirkin niyyətlərini dünyaya çatdırmaq üçünhazırda Rusiyanın bir çox şəhərlərini, Türkiyənin ərazilərini də erməni torpaqları kimi təqdim etməkdən çəkinmirlər”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki,burada təəccüblənəsi bir şey yoxdur: “O zaman təəccüblü görünərdi ki, Levon Te-Petrosyan saxta danışmayaydı, həqiqəti danışaydı. O, nəinki sələfləri və özündən sonrakılar kimi, bütün erməni xalqı kimi yalan danışır, aldığı nəfəs də ağzından bayıra üfunət qoxusu ilə ifraz olunur. O, nə vaxtsa hansısa coğrafiyada hansısa erməninin yaşamasını, həmin ərazinin guya qədim ermənistan torpağı olduğu anlamında diqqətə çatdırırsa, yenə də yanılır. Şübhə etmək olmaz, həmin ərazidə haçansa hansısa erməni yaşaya bilər. Lakin hansı qisimdə, torpaqların sahibi kimi deyil, hökm verəni kimi deyil, tutaq ki, kölə qismində, işçi qüvvəsi kimi, qadınları cariyə qismində və sair. Tarixə və tarixdə yadda qalan imza, söz sahiblərinin dediklərinə əsaslanaraq demək olar ki, ermənilər dünyanın ən şərəfsiz və qədim peşə sahibləridir və çox vaxt da qadın və qızları ilə yanaşı göyçək oğlan uşaqlarını da Şərq sultanlarının, hökmdarlarının saray və yataq otağlarına satır, yaxud hədiyyə edirmişlər. Bu baxımdan da həmin coğrafiyada hansısa ermənin adı tarixi mənbələrdə əks oluna bilər.Bunlara əsaslanaraq həmin yerlərdə qədim Ermənistan dövləti olub demək əsassızdır.

Təsadüfi deyil ki, çirkin niyyətlərini dünyaya çatdırmaq üçünhazırda Rusiyanın bir çox şəhərlərini, Qara dəniz sahillərində bəzi yaşayış məntəqələrini, Türkiyənin ərazilərini də erməni torpaqları kimi təqdim etməkdən çəkinmirlər. Ter-Petrosyanın çıxışı da növbəti erməni hiyləsi, məkri, acgözlüyü kimixarakterizə edilməlidir”.

Günel CƏLİLOVA

Chosen
106
baki-xeber.com

1Sources