EN

Ayaq üstə durmaqda və gəzməkdə çətinlik çəkir Kadırovun yeni görüntüləri gündəm oldu + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çeçenistan başçısı Ramzan Kadırovun yeni görüntüləri yayımlanıb. “AzPolitika” xəbər verir ki, orta məktəblərin birində tədris ilinin başlanması ilə bağlı keçirilən tədbirə qatılan R.Kadırovun görüntüləri yenidən onun ağır xəstəlikdən əziyyət çəkdiyinə dair müzakirələrə səbəb olub.

Rusiya “teleqram” kanalları qeyd edirlər ki, Kadırov həmin tədbirdə çətinliklə ayaq üstə dayana və hərəkət edə bilib. Onun xeyli çəki itirdiyi və xarici görünüşünün qətiyyən sağlam olmasına dəlalət etmədiyi aydın görünür.

İndiyə qədər Kadırovun böyrək çatışmazlığı və mədəaltı vəzin ağır xəstəliyindən əziyyət çəkdiyi iddia olunub. Həmçinin, onun zəhərləndiyi barədə də şayiələr var. Lakin Kadırovun sosial şəbəkədəki səhifəsində onun adından bütün bu iddialar təkzib olunur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
115
1
azpolitika.info

2Sources