EN

Nik Voltemade 85 milyon avroya “Nyukasl”da!

Almaniyanın “Ştutqart” klubunun hücumçusu Nik Voltemade bundan sonra İngiltərə təmsilçisi “Nyukasl”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 85 milyon avro ödəyib. 23 yaşlı almaniyalı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Nik Voltemade Almaniyanın “Verder” klubunun yetirməsidir. O, Bremen təmsilçisində çıxış edərkən “Elversberq”ə icarəyə də verilib.

2024-cü ilin yayında isə Voltemade azad agent kimi “Ştutqart”a keçmişdi. O, sözügedən komandanın heyətində keçirdiyi bir mövsüm ərzində 36 oyuna çıxıb, 18 qol və 3 məhsuldar ötürmə ilə qiymətini artırmağı bacarıb.

Almaniyanın U-16, U-17, U-20 və U-21 yığmalarında da oynamış Voltemade bu il ölkəsinin əsas millisində də debüt edib. O, millidə meydana çıxdığı 2 oyunda hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Chosen
89
arena.az

1Sources