
“Samsung” şirkəti bütün “Galaxy Note” seriyalı smartfonlar üçün proqram təminatının yeni versiyalarını buraxmağı dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb.
Bildirilib ki, şirkət bütün “Galaxy Note” seriyalı cihazları köhnəlmiş sırasına əlavə edib.
Jurnalistlərin fikrincə, bununla da “Samsung” bu cihazları “dəfn edib”.