EN

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı - YENİLƏNDİ

Ötən gün Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar. 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

***

Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a daxil olan məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə olunub.

Chosen
158
31
news24.az

10Sources