Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Publika.az xəbər verir ki, final görüşündə Azərbaycan təmsilçisi Məhəmməd Musayev (57 kq) fransalı Aleksis Renard ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl medalın sahibi olub.