EN

Özbəkistan və Pakistan cəlbedici turizm potensialına malikdir



Pakistan İslam Respublikasının Associated Press of Pakistan xəbər agentliyi Özbəkistanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Əlişir Tuxtayevlə müsahibə verib.

Məqalədə diplomatımız qeyd edib ki,

"Tarixi “İpək Yolu” boyunca yerləşən iki mühüm dövlətin strateji əhəmiyyəti regional iqtisadiyyat və ticarət inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, turizm əlaqələrini də gücləndirir.

Fürsətdən istifadə edərək Pakistanın turoperatorlarını, investorlarını və biznes liderlərini birgə səyahət paketləri, qonaqpərvərlik layihələri və mədəni tədbirlərin hazırlanmasında əməkdaşlığa dəvət etmək istərdim. Bizim əcdadlarımız vaxtilə İpək Yolu torpağını bölüşüblər, bu marşrut tacirlərin, alimlərin, şairlərin və səyyahların Orta və Cənubi Asiya arasında sərbəst gediş-gəlişini təmin edirdi. Bu gün biz o tarixi əlaqələri müasir şəkildə - turizm, mədəni mübadilə və insanlar arasında təmaslar vasitəsilə canlandırırıq".


Mən pakistanlı qardaşlarımızı xalqlarımızın ümumi irsini əks etdirən bu xəzinələri ziyarət etməyə dəvət edirəm. Pakistanın zəngin mədəni və təbii irsi - Lahorun Muğal abidələrindən tutmuş Sindhin canlı ənənələrinə və şimal vadilərinin nəfəs kəsən gözəlliyinə qədər - yüksək qiymətləndirilir. Bu baxımdan hava nəqliyyatı əsas rol oynayır. Özbəkistan Hava Yolları indi Daşkənddən Lahor və İslamabada birbaşa uçuşlar həyata keçirir. Bundan əlavə, digər iri şəhərlərlə müntəzəm hava əlaqəsinin yaradılması istiqamətində fəal iş aparılır. Bu uçuşlar səyahətləri daha rahat etməklə yanaşı, həm də dostluq, ticarət və əməkdaşlıq üçün əsl körpü rolunu oynayacaq.

Öz növbəsində tədbirin qonaqları - Pakistan Baş nazirinin turizm koordinatoru Sərdar Yasir İlyas Xan və Turizmin İnkişafı Korporasiyasının idarəedici direktoru Aftabur Rəhman Rana da ölkələrimizin cəlbedici turizm potensialını vurğulamışlar.
Chosen
69
1
newscenter.az

2Sources