Voleybol üzrə Türkiyə millisi tarixi uğura imza atıb.
QOL.az xəbər verir ki, qardaş ölkənin qadınlardan ibarət voleybol yığması ABŞ-ni məğlub edərək dünya çempionatında yarımfinala yüksəliblər.
“Filenin sultanları” tarixlərində ilk dəfə bu uğura imza atıblar.
Növbəti rəqib sentyabrın 6-da Yaponiya yığmasıdır.