Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avropa futbolunda yay transfer pəncərəsinin ən çox xərcləyən klubları məlum olub.
Fanat.Az xəbər verir ki, siyahıya 482 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir.
İlk onluqda ümumilikdə 9 Premyer Liqa təmsilçisi yer alıb. "Çelsi" (328 milyon avro), "Arsenal" (293 milyon avro), "Nyukasl" (288 milyon avro) və "Mançester Yunayted" (250 milyon avro) siyahının ön sıralarında qərarlaşıb.
Daha sonra "Nottinqem Forest" (236 milyon avro), "Tottenhem" (210 milyon avro), "Mançester Siti" (206 milyon avro), Almaniyanın "Bayer Leverkusen" (198 milyon avro) və "Sanderland" (187 milyon avro) gəlir.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.