TBİLİSİ, 4 sentyabr. TELEQRAF
Tbilisidə Boris Payçadze adına Dinamo stadionunda Gürcüstan və Türkiyə milli futbol yığmaları arasında qarşılaşma keçirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyununda birinci hissə 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb.
Qarşılaşmada ilk qolu 3-cü dəqiqədə Mert Müldür vurub, II hissənin sonunda Kerem Aktürkoğlu hesabı 2-yə çatdırıb.
Qeyd edək ki, Gürcüstan və Türkiyə yığmaları sonuncu dəfə 2024-cü ildə Avropa Çempionatında qarşılaşıblar. Oyun 3:1 hesabı ilə Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb.