EN

Konor Makqreqor prezidentliyə namizədliyini irəli sürmək üçün xalqa müraciət edib

Bakı. Trend:

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorİrlandiya xalqını onun prezidentliyə namizədliyini dəstəkləməyəçağırıb.

Trend xəbər verirki, Makqreqor bu məqsədlə sosial media hesabında növbətimüraciətini yayımlayıb.

O, çıxışında ölkədə əsl dəyişiklik vaxtının çatdığını bildirib:“Prezident kimi xalq tərəfindən təsdiqlənməyən heç bir qanunuimzalamayacağam. Əgər mənim adımı prezidentliyə namizədlərin seçkibülletenində görmək istəyirsinizsə, bu gün yerli şəhər şuranızlaəlaqə saxlayın və mənim namizədliyimi irəli sürmələrini xahişedin”, – deyə Makqreqor qeyd edib.

O, şəhər şuralarının ölkə həyatında mühüm rol oynadığınıvurğulayıb və vətəndaşları dərhal hərəkətə keçməyə çağırıb.

Chosen
185
2
az.trend.az

3Sources