Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl medalın sahibi olub. Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan yığmasının aktivində 2 qızıl və 1 bürünc medal var.
Bu nəticə ilə komandamız ümumi hesabda ikinci, kişilər arasında isə birinci yerdə qərarlaşıb.