Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağdaş-Qəbələ avtomobil yolunun Türyançay qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri - Nurlan Səfərov və Namiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə DYP əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.