EN

"Ferrari"yə keçmək istəyim yalnız uğur qazanmaq üçündür”

Dördqat və hazırkı Formula-1 çempionu, “Red Bull” pilotu Maks Verstappen potensial “Ferrari” keçidi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "GPBlog" Verstappenin dediklərini belə çatdırıb. 

“‘Ferrari’ böyük bir brenddir və əlbəttə, hər pilot orada çıxış etmək istəyir. Amma bu, yanlış yanaşmadır. Yalnız ‘Ferrari’ üçün yarışmaq istəmək kifayət deyil. Orada pilotluq etmək istəyirsənsə, məqsədin qələbələr qazanmaq olmalıdır. Əgər bir gün ora keçmək qərarına gəlsəm, bunu sadəcə çıxış üçün yox, qalib gəlmək üçün edərəm. ‘Ferrari’ ilə qələbə qazanmaq daha da yaxşı olar.”

Verstappen həmçinin əlavə edib: “Yalnız emosiyalar və brendə olan ehtirasla hərəkət etmək olmaz. Keçid etməliyik, əgər düşünürüksə ki, bu doğru yerdir. 2026-cı ildə belə bir addım atacam, bilmirəm. Görək, yeni qaydalarla vəziyyət necə dəyişəcək – bütün hesablamalar yenidən dəyişə bilər”.

Chosen
147
90deqiqe.az

1Sources