ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi Corco Armaninin dəfn günü matəm elan olunub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Milanın meri Cüzeppe Sala açıqlama verib.
Onun sözlərinə görə, Milanda dünyasını dəyişən Armani şəhəri və italyan modasını təcəssüm etdirib.
Qeyd olunur ki, sentyabrın 6 və 7-də xalqla vida mərasimi, 8 sentyabrda isə şəxsi dəfn mərasimi keçiriləcək, dəfn günü matəm olacaq.
Qeyd edək ki, C. Armani ötən gün 91 yaşında vəfat edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.