Bakı. Trend:
Paytaxt Vaşinqtonun rəsmiləri ABŞ Prezidenti Donald Trampınşəhərdə Milli Qvardiyanın yerləşdirilməsini dayandırmaq üçünməhkəməyə müraciət edib.
Trend xəbər verirki, müraciətdə Tramp ittiham olunur ki, yerli idarəetmənin razılığıolmadan Milli Qvardiyanın minlərlə əsgərini Vaşinqtona göndərməkləKonstitusiyanı və federal qanunu pozub.
Şəhərin baş prokuroru Brayan Şvalb qeyd edib ki, avqustun 11-dənetibarən mindən çox hərbçinin Vaşinqtona yerləşdirilməsi ordunundaxili hüquq-mühafizə məqsədləri üçün qeyri-qanuni istifadəsideməkdir.
Qeyd edək ki, Kaliforniya ştatının federal hakimi iyun ayındaimmiqrasiya reydləri ilə bağlı bir neçə gün davam edən etirazlardansonra Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarınıyerləşdirməsinin qanunsuz olduğuna dair qərar çıxarıb.