EN

NASA 2030-cu illərdə Marsa pilotlu missiya göndərməyi planlaşdırır

Bakı. Trend:

ABŞ nəqliyyat naziri və NASA-nın administratoru vəzifəsini icraedən Şon Daffi “FoxNews”a müsahibəsində bildirib ki, agentlik2030-cu illərin əvvəllərində Marsa ilk pilotlu missiyanı həyatakeçirməyi planlaşdırır. Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞAyda baza qurmaq üçün faydalı yüklərin daşınmasına başlayacaq.

Trend xəbər verirki, 2026-cı ilin yazında NASA dörd nəfərlik heyət daşıyan kosmikgəmini Ay ətrafına göndərməyi planlaşdırır. 2027-ci ildə isəastronavtların Aya enişi həyata keçiriləcək və onlar orada 8–12 günqalacaqlar. Qeyd olunur ki, əvvəlki Ay missiyası cəmi üç gün davametmişdi.

Yeni Ay proqramı uzunmüddətli strategiyanın bir hissəsi olaraquzaq kosmosun mənimsənilməsinə yönəlir. 2019-cu ilin yazında NASAmərhələli “Artemis” proqramını təqdim edib. 2022-ci ilinnoyabr-dekabr aylarında həyata keçirilmiş ilk mərhələdə “Orion”kosmik gəmisi Ayı dövrə vuraraq Yerə qayıdıb.

İkinci mərhələdə heyətlə birlikdə kosmik gəminin Ay ətrafındauçuşu planlaşdırılır, üçüncü mərhələdə isə astronavtların Aya enişivə sonrakı Mars missiyası nəzərdə tutulur. Qeyd olunur ki,“Artemis” proqramının ikinci və üçüncü mərhələlərinin vaxtıdəfələrlə təxirə salınıb.

2025-ci ilin avqustunda Şon Daffi Aya nüvə reaktorunungöndərilməsi planlarından da danışıb. Onun sözlərinə görə, nüvəenerji mənbəyinin Ayda istifadəsi Mars missiyaları və gələcəkkosmos tədqiqatları üçün əsas baza rolunu oynayacaq.

Chosen
29
3
az.trend.az

4Sources