EN

KİV: Alyaskada ABŞ və Tayvan arasında gizli danışıqlar olub

BAKI, 5 sentyabr. TELEQRAF

Ötən həftə Alyaskada ABŞ və Tayvan müdafiə nazirliklərinin nümayəndələri arasında gizli danışıqlar keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet iyun ayında Vaşinqtonda Tayvan və ABŞ-nin yüksək vəzifəli rəsmiləri arasında görüşün keçirilməli olduğunu xatırladıb. Gizli danışıqların keçirilməsi barədə qərarın həmin görüşün ləğv edilməsindən sonra qəbul edildiyi iddia olunur.

"Ankoricdə keçirilən görüşdə ABŞ-ni Pentaqonun Hind-Sakit okean regionu üzrə yüksək rütbəli nümayəndəsi Ced Royal, Tayvanı isə milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Sü Sı-cen təmsil ediblər", - məlumatda deyilir.

Mənbənin məlumatına görə, görüşün səviyyəsinin aşağı salınması qərarı qəsdən qəbul edilib. Məqsəd danışıqların səs-küylü olmaması və ABŞ Prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpinin sammitinə mənfi təsir göstərməməsi olub.

Chosen
88
teleqraf.com

1Sources