EN

Co Bayden dəri xərçəngi səbəbindən əməliyyat olunub

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Co Bayden dəri xərçəngi hüceyrələrininçıxarılması üçün daha bir əməliyyat keçirib.

Trend xəbər verirki, Baydenə dəri xərçənginin ən çox rast gəlinən formalarınınmüalicəsində tətbiq edilən Mohs əməliyyatı icra olunub. Onunprosedurdan sonra vəziyyətinin stabil olduğu və yaxşılaşdığıbildirilib.

Əməliyyatın dəqiq tarixi açıqlanmasa da, ötən ay Baydeninbaşında böyük tikişlərin göründüyü fotolar mətbuatda dərcedilmişdi.

Xatırladaq ki, 2023-cü ilin martında Bayden bədxassəli dərilezyonunun çıxarılması üçün əməliyyat olunmuşdu. Bu il isə keçmişprezidentə sümüklərə yayılmış aqressiv prostat xərçəngi diaqnozuqoyulub.

Mövcud prezident Donald Tramp isə Baydenin diaqnozunun indiaçıqlanmasına şübhə etdiyini, mümkün ört-basdırdan danışaraq, eynizamanda siyasi rəqibini dəstəklədiyini bəyan edib.

Chosen
139
1
az.trend.az

2Sources