Bakı. Trend:
Uruqvay, Kolumbiya və Paraqvay milli komandaları 2026-cı ilfutbol üzrə dünya çempionatının final mərhələsinə yüksəliblər.
Trend xəbər verirki, Uruqvay yığması doğma meydanda Peruya 3:0 hesabı ilə qalibgəlib. Kolumbiya millisi də eyni hesabla Boliviyanı məğlub edib.Paraqvay isə evdə Ekvadorla qolsuz heç-heçə oynayıb.
Bu nəticələrdən sonra Argentina ilə səfərdə 0:3 hesabı iləuduzan Venesuela (18 xal) artıq Uruqvay (27 xal), Kolumbiya (25xal) və Paraqvaya (25 xal) çata bilməyəcək. Beləliklə,venesuelalılar mundiala birbaşa vəsiqə şansını itiriblər və turnircədvəlində yeddinci yerdə qərarlaşıblar.
İndi Venesuela və Boliviya (17 xal, 17 oyun) komandalarıpley-off mərhələsində iştirak hüququ uğrunda mübarizə aparacaq. Sonturda Venesuela Kolumbiyanı, Boliviya isə Braziliyanı qəbul edəcək.Qarşılaşmalar sentyabrın 10-na keçən gecə baş tutacaq.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyultarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.