EN

Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəlib

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilin.

Oxuməni.az QOL.az-a istinadən xəbər verir ki, E qrupunda yer alan Türkiyə səfərdə Gürcüstan millisi ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, sözügedən qrupun komandaları arasında ilk oyun olub.

Matçın 3-cü dəqiqəsində hesabı Türkiyə millisinin müdafiəçisi Mert Müldür açıb. Oyunun 41-ci və 52-ci dəqiqələrində isə Kerem Aktürkoğlu fərqlənərək dubla imza atıb. Gürcüstan yığmasının oyunçusu Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirib.

Türkiyə millisinin futbolçusu Barış Yılmaz matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib. Görüşün 90+8-ci dəqiqəsində isə meydan sahiblərinin vingeri Xviça Kvaratsxeliya fərqi minimuma endirib.

Oxuməni.az

Chosen
29
10
oxumeni.az

10Sources