EN

Bu qadının Bakıda evlərə girməyə çalışdığı deyilir Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.

“Qafqazinfo” xəbər verir ki, qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.

Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
31
qafqazinfo.az

10Sources