Rusiya lideri Şərq İqtisadi Forumunda sualı zarafatla cavablandırıb...
Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında “rus ayısı” ifadəsinə münasibət bildirib. O, ÇXR sədri Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə birlikdə çəkilmiş, dünya mediasında “fil, əjdaha və ayı” başlığı ilə yayılan şəkil barədə moderatorun sualına zarafatla cavab verib.
“Ayı elə ayıdır da”, deyə Rusiya lideri gülümsəyərək bildirib. O, əlavə edib ki, ayı Rusiyanın simvoludur, lakin ən böyük pələng də Rusiyaya məxsusdur: “Biz Uzaq Şərqdə yerləşirik və ən böyük pələng – ussuriysk pələngi də məhz Rusiya simvoludur”.
Putin çıxışı zamanı vurğulayıb ki, Rusiya öz milli obrazlarını və təbiətini simvolik dəyərlərlə təqdim etməyə davam edir. Onun sözlərinə görə, həm “rus ayısı”, həm də “ussuriysk pələngi” ölkənin gücünü, iradəsini və sabitliyini əks etdirir.
Şərq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti ÇXR sədri Si Cinpin və Hindistan baş naziri Narendra Modi ilə müxtəlif mövzular ətrafında müzakirələr aparıb. Ekspertlər hesab edirlər ki, üç ölkənin birlikdə nümayiş etdirdiyi bu simvolika həm beynəlxalq ictimaiyyətə siyasi mesaj xarakteri daşıyır, həm də regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Poliqon.info