EN

Putinin Zelenskini Moskvaya dəvət etməsinin əsl səbəbi bəlli oldu

Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ukrayna lideri Zelenskini Moskvaya dəvət etməsinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, bu təklif danışıqlar naminə edilib, Ukraynanın kapitulyasiyası naminə yox.

“Putin Zelenskini danışıqlar üçün Moskvaya dəvət etdi, kapitulyasiyanı qəbul etmək üçün yox”, - Peskovun sözlərini “RİA Novosti” sitat gətirib.

Peskov Zelenskinin Rusiyaya gəlmək dəvətini rədd etdiyini də xatırladıb.

Chosen
65
10
publika.az

10Sources