EN

İsrailin gizli milyonluq Google planı ifşa olundu

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

İsrail hökuməti "Google"a 45 milyon dollar ödəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən, "Google" İsrailin mesajlarını ön plana çıxarır, Qəzzadakı humanitar böhranı əks etdirən məlumatları isə gizlədir. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi "Google" ilə 6 aylıq müqavilə bağlayıb. Sövdələşməyə əsasən, Qəzza mühasirəsi başladıqdan bir neçə gün sonra kampaniya işə salınıb.

Məlumatda bildirilir ki, "Google"un sahibi olduğu "YouTube" platformasında da Təl-Əvivin “Qəzzada aclıq yoxdur” iddialarını əks etdirən videolar önə çəkilir. Həmin videolardan bəziləri 6 milyondan çox baxış toplayıb, əksəriyyəti isə pullu reklamlarla dəstəklənib.

Hökumət sənədlərində bu reklamların “təbliğat” kimi qeyd olunduğu vurğulanır. Həmçinin İsrailin “X” sosial şəbəkəsinə də 3 milyon dollar xərclədiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
83
1
sia.az

2Sources