EN

"Azeri Light" neftinin qiyməti 0,59% azalaraq 69,47 dollar olub

Dünya bazarında Azərbaycan neftinin "Azeri Light" markasının bir barelinin qiyməti 0,41 ABŞ dolları və ya 0,59% azalaraq 69,47 ABŞ dollarına düşüb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir bareli 0,40 dollar və ya 0,58% ucuzlaşaraq 68 dollar təşkil edib.

Hərrac nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçersləri 67,32 dollar səviyyəsində qərarlaşıb.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar səviyyəsində hesablanıb.

Məlumata görə, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilir. Bu layihədə SOCAR-ın payı 31,65%-dir.

Gülnar 

Chosen
45
16
anews.az

10Sources