EN

Gəncə şəhərində ev yandı, sahibləri tüstüdən zəhərləndi - YENİLƏNİB

Gəncə şəhərində ümumi sahəsi 250 m² olan birmərtəbəli, 4 otaqlı evin iki otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
 
Bu barədəModerator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Yüksək temperaturdan bitişik sahəsi 50 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
09:05
 
Gəncə şəhərində dörd otaqlı fərdi yaşayış evində yanğın olub.
 
Moderator.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.
 
Hadisə zamanı evdə olan 1955-ci il təvəllüdlü Əli Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Validə Məmmədova tüstüdən zəhərlənib.
 
Zərərçəkənlərə tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Chosen
5
1
moderator.az

3Sources