EN

Moskva: “Xarici qoşunlara Ukraynada yer yoxdur”

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az “İnterfaks” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə deyib. “Sərhədlərimizə yaxın Ukrayna torpaqlarında beynəlxalq və ya bəzi xarici qüvvələrin, həmçinin NATO ölkələrinin qüvvələrinin olmasını biz özümüzə təhlükə kimi görürük”, - Kremlin sözçüsü jurnalistlərə açıqlamasında bildirib. Peskov qeyd edib ki, avropalı nümayəndələr Ukrayna ərazisinə Avropa qoşunlarını yerləşdirməklə onun təhlükəsizliyini təmin etməkdən danışırlar. Lakin bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyini dağıtmaqla təmin etmək olmaz. Bu, Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək. - Xarici, xüsusilə Avropa və Amerika hərbi kontingentləri Ukraynanın təhlükəsizliyini təmin edə bilərmi? Qətiyyən yox, edə bilməzlər. Ukraynanın təhlükəsizliyinə belə təminat bizim ölkəmizi qane etmir. Çünki Biz NATO-nun düşməniyik. NATO sənədlərində belə yazılıb. Təhlükəsizliyimizin təminatı üçün nə lazımdırsa edəcəyik”, - Peskov söyləyib.

“Könüllülər koalisiyası”nın 3 ssenarisi

Onun sözlərinə görə, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Ukraynadakı müharibənin əsas səbəblərindən biri olub. Təhlükəsizlik zəmanəti isə həm Ukraynaya, həm də Rusiyaya verilməlidir. Xatırladaq ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində xarici hərbi kontingentin yerləşdirilməsi variantı bir gün əvvəl baş tutan “könüllülər koalisiyası”nın iclasında müzakirə edilib. Mənbələrə istinad edən Almaniyanın “Der Spiegel” jurnalı isə “Könüllülər koalisiyası” ölkələrinin müharibə bitdikdən sonra öz qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi yönündə üç mümkün ssenari hazırladıqlarını yazıb. NATO-nun baş katibi Mark Rütte, öz növbəsində, təhlükəsizlik zəmanəti üçün Ukraynanın öz ərazisində xarici qoşunlar yerləşdirmək barədə qərarının Rusiyaya heç bir aidiyyəti olmadığını vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
azvision.az

2Sources