EN

Mark Zukerberq "Facebook"u məhkəməyə verib

ABŞ-da iflas üzrə ixtisaslaşmış məşhur hüquqşünaslarından olan Mark S. Zukerberq "Meta"ya qarşı iddia qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  o, sosial media platformasının onun sosial media hesabının məşhur Facebook qurucusu olan adaşı ilə eyni adı daşıdığı üçün dəfələrlə bağlanmasına etiraz edib.

Mark Zukerberq bildirib ki, onun hesabının son səkkiz ildə beş dəfə bağlanıb, nəticədə müştərilərini itirib, gəlirlərindən məhrum edilib: "Meta məni qurucuları ilə qarışdırır. Guya məşhur adamların adındna sui-istifadə edirəm. Halbuki bu, mənim rəsmi ad-soyadımdır. Bunu da dəfələrlə pasportumla, fotoşəkillərlə sübut etmişəm, ancaq yenə də bir müddət sonra heabım birdəfəlik qapadılıb".

Samir MUSAYEV
MİA.AZ

Chosen
72
mia.az

1Sources