EN

“Azəristiliktəchizat”ın tenderi ləğv edildi

“Azəristiliktəchizat” ASC-nin müxtəlif nasoslar və işçi çarxlarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

 

Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 27 059 AZN olub.

 

Cabir

Tarix: 5 Sentyabr 2025, 10:36   
Chosen
133
pravda.az

1Sources