EN

Starmer: Putinə təzyiqi artırmaq lazımdır – ÖZƏL

Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinə etibar etmək olmaz və ona təzyiqin daha da gücləndirilməsi zəruridir. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Britaniya hökuməti yayıb.

Starmer bildirib ki, bu mövqe xüsusilə ötən həftə Kiyevə edilən hücumlarla bir daha təsdiqlənib. Həmin hücumlar nəticəsində Britaniya Şurasının və Avropa İttifaqı nümayəndəliyinin binalarına ciddi ziyan dəyib.

"İndi aydındır ki, hərbi əməliyyatların dayandırılması üçün Putinə daha çox təzyiq göstərilməlidir", - deyə o, "istəkli ölkələr koalisiyası"nın toplantısında onlayn çıxışı zamanı vurğulayıb.

Eyni zamanda, Starmer koalisiya üzvlərinin Ukraynaya uzaqmənzilli raketlərin göndərilməsi barədə qərarını alqışlayıb.

Xatırladaq ki, "istəkli ölkələr koalisiyası"nın sammiti Parisdə keçirilib. Görüşdə Avropa İttifaqına üzv 6 ölkənin liderləri, Aİ rəhbərliyi və Ukrayna prezidenti Volodimir Zelenski şəxsən iştirak edib. Digər ölkələrin nümayəndələri isə onlayn qoşulublar.

Qeyd edək ki, sammiti vaxtından əvvəl ABŞ-nin xüsusi nümayəndəsi, Donald Trampın elçisi Stiv Vitkof tərk edib. Fransa prezidentinin ofisi bu addımı amerikalı diplomatın öncədən planlaşdırılmış digər görüşü ilə izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
98
olaylar.az

1Sources