EN

Messi daha bir rekorda şərik oldu



Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika zonasında keçirdiyi oyunların sayına görə rekorda şərik olub.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela komandasına qarşı matç (3:0) Messi üçün seçmə mərhələdə 72-ci olub.

38 yaşlı hücumçu bu göstəriciyə görə Ekvador millisinin sabiq müdafiəçisi İvan Urtadonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, ötən gecə baş tutan Argentina - Venesuela matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Messi bu görüşdə iki qol vurub.

aia.az



Chosen
74
5
aia.az

6Sources