EN

Putindən etiraf: Kiyevlə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayacaq

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna tərəfi ilə əsas məsələlərdə razılıq əldə etmək son dərəcə çətin olacaq.

Publika.az xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Siyasi iradə olsa belə, əsas məsələlərdə Ukrayna tərəfi ilə razılığa gəlmək praktiki olaraq mümkün olmayacaq”, - dövlət başçısı qeyd edib.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya birbaşa təmaslarla bağlı Kiyevin mövqeyində dəyişiklik hiss edir.

"Bu yaxınlarda Kiyev rəhbərliyi, yumşaq desək, bizim haqqımızda xoşagəlməz danışdı və hər hansı bir birbaşa təmas imkanını istisna etdi. İndi biz görürük ki, onlar bu təmasları istəyirlər və ya heç olmasa, təklif edirlər", - Putin bildirib.

Prezident Ukraynada mövcud olan hüquqi məhdudiyyətlərə də diqqət çəkib. O vurğulayıb ki, ərazi məsələlərinə dair istənilən razılaşma ölkə konstitusiyasına uyğun olaraq referendumda təsdiqlənməlidir. Ancaq bunun keçirilməsi üçün hərbi vəziyyət ləğv edilməlidir, bu, hazırda mümkün deyil.

Chosen
98
50
publika.az

10Sources