EN

Yeni virus yayılır, YOLUXAN KİMİ ÖLDÜRÜR

Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında göz və burun qanaxması ilə səciyyələnən sirli epidemiya yayılıb. Səkkiz nəfər yüksək hərarət, daxili qanaxma və ağır halsızlıq kimi əlamətlərlə xəstəxanaya yerləşdirilib və qısa müddət sonra hamısı dünyasını dəyişib. İlkin olaraq Ebola şübhəsi ilə araşdırılan hallar, nümunələr laboratoriyaya göndərildikdən sonra Marburq virusu ehtimalı kimi qiymətləndirilib.

Hafta.az-ın yazdığına görə, Ebola-ya bənzər simptomlarla səkkiz nəfərin öldüyü Konqoda yeni epidemiya təhlükəsi yaranıb. Mütəxəssislər hesab edir ki, bu hallar ölümcül Marburq virusunu göstərir, həm də eyni bölgədə sürətlə yayılan vəba epidemiyası səhiyyə təşkilatlarını təşvişə salıb.

Hadisələr ölkənin cənub-qərb bölgəsindəki Kasay bölgəsindəki Mveka şəhərində müəyyən edilib. Ebola ilə eyni ailədən olan Marburq virusu yoluxmuş şəxslərdə ciddi daxili qanaxmalara səbəb olur. İlk növbədə göz və burun qanaması ilə özünü göstərən xəstəlik xalq arasında “qanaxma göz xəstəliyi” kimi tanınmağa başlayıb. Yüksək yoluxuculuq və ölüm nisbətinə görə yerli əhali ciddi çaxnaşma yaşayır.

Marburq virusu şübhəsinə əlavə olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bölgədə vəba hadisələrinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb. 2025-ci ildə dünyanın 31 ölkəsində vəba xəstəliyinə yoluxma hallarının sayı 400 mini keçib, 5 minə yaxın ölüm var. Ən çox təsirlənən ölkələr arasında Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Sudan var. ÜST bu ölkələrdə vəba ilə bağlı ölüm hallarının 1 faizi ötdüyünü bildirdi.

Mütəxəssislər qeyd edirlər ki, bölgədəki münaqişələr, kütləvi miqrasiya, gigiyena qaydalarına riayət edilməməsi, təmiz suya çatmaqda çətinliklər epidemiyaların yayılmasına şərait yaradır. ÜST xəbərdarlıq edib ki, hazırkı şəraitdə həm Marburq, həm də vəba hadisələri beynəlxalq əhəmiyyət kəsb edə bilər. Hazırda bölgədə səyahət qadağası olmasa da, səhiyyə rəsmiləri bu ölkələrə gedənlərə ehtiyatlı olmağı tövsiyə edir. ÜST epidemiyalara nəzarət etmək üçün bəzi təcili müdaxilə addımlarını tövsiyə edib: Təmiz su təchizatı və gigiyenanın yaxşılaşdırılması, sürətlə peyvənd kampaniyalarına start verilir, region ölkələri arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması, erkən diaqnoz və effektiv müalicə üçün infrastrukturun gücləndirilməsi...

Chosen
102
hafta.az

1Sources