EN

Putin: “Ukraynada yerləşdiriləcək istənilən xarici qoşun qanuni hədəf olacaq”

Ajans.az xəbər verir ki,O, bu fikri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun əsas sessiyasında səsləndirib. “Əgər sülh razılaşması əldə olunarsa, Ukraynada xarici qoşunların yerləşdirilməsinə ehtiyac olmayacaq. Ancaq hazırda münaqişə şəraitində həmin qüvvələr qanuni hədəf hesab olunacaq,” – deyə Rusiya lideri qeyd edib. Putin əlavə edib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı Rusiyanın etirazı yoxdur, lakin NATO üzvlüyü Rusiyanın təhlükəsizliyi üçün ciddi problem sayılır. “Biz Aİ-yə üzvlüyü onların suveren qərarı hesab edirik. Amma NATO-ya üzvlük – bu, təhlükəsizlik zəmanətləri məsələsidir,” – deyə Putin vurğulayıb. Rusiya prezidenti Ukrayna ilə danışıqlara açıq olduqlarını da bəyan edib. Onun sözlərinə görə, Moskva danışıqlar üçün “ən yaxşı yer” sayılır və Rusiya qarşı tərəfin təhlükəsizliyinə “100 faiz zəmanət” verir. Putin bildirib ki, daha əvvəl Ukrayna danışıqlardan imtina etsə də, hazırda əlaqə qurmağa çalışır. Lakin o, Kiyevin danışıqlar üçün siyasi iradəyə malik olduğunu düşünmədiyini deyib. “Ukrayna Konstitusiyasına əsasən, ərazi ilə bağlı istənilən saziş referendumla təsdiqlənməlidir. Bu isə yalnız hərbi vəziyyətin ləğvindən sonra mümkündür,” – deyə Putin əlavə edib. O, sonda bildirib ki, əgər uzunmüddətli sülh üçün real razılaşma əldə olunarsa, Rusiya bu şərtlərə hörmətlə yanaşacaq və öz öhdəliklərini yerinə yetirəcək.

 

Chosen
31
Ajans.az

1Sources