EN

Mayk Tayson yenidən döyüşməyə qərar verdi

Mütləq ağır çəki dərəcəsi üzrə sabiq dünya çempionu Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcək.
 
Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ idmançı sosial ÅŸÉ™bÉ™kÉ™ hesabında açıqlama verib.
 
Qarşılaşma 2026-cı ilin yazında baş tutacaq.
 
59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.
 
48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.
 
Qeyd edək ki, Mayk Tayson sonuncu döyüşünü "YouTube"er Ceyk Pola qarşı keçirib və rinqdən məğlub ayrılıb.
Chosen
51
10
moderator.az

10Sources