BAKI, 5 sentyabr. TELEQRAF
Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyevin yeni klubu müəyyənləşib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Azərbaycan II Liqası təmsilçisi "Şəki Siti"yə keçib.
Komandanı kapitan kimi meydana çıxaracaq təcrübəli futbolçu daha əvvəl də Şəki komandasının formasını geyinib.
Qeyd edək ki, İmamverdiyev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Kəpəz" kimi klublarda çıxış edib.