EN

Ayxan Hacızadədən Rusiya XİN-ə CAVAB

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarəninvurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığortaödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar RusiyaFederasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixliaçıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır.

AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkətitərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarəninvurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiyatələb etməsi məsələləri tamamilə fərqli mövzulardır.

Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərininhəyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir.Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsiçərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsinəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhzRusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinəgəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiqbeynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir.Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətininfəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortasıRusiya şirkəti vasitəsilə aparılıb.

Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiyahökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsicəhdləri düzgün deyil.

Bununla yanaşı, Rusiya Federasiyası Xarici İşlər Nazirliyininmətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiyavətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərininpisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığaburaxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəlisürməsi yanlışdır.

Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZALtəyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonraRusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğuməlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görəazərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərindəazərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavəgərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlətqurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsiredən amillər sırasındadır.

Chosen
115
49
az.trend.az

10Sources