EN

Con Bolton 10 il həbs cəzası ala bilər

AzVision.az xəbər verir ki, məhkəmənin materiallarına istinad edən “The Washington Post (WP)” nəşrinin məlumatına görə, Bolton məxfi materialları qeyri-qanuni saxlamaqda və milli təhlükəsizliklə bağlı məlumatların işlənməsi qaydalarını pozmaqda şübhəli bilinir. Nəşr qeyd edir ki, ABŞ-də belə cinayətlərə görə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

Məhkəmə sənədlərində FTB agentlərinin Boltondan müsadirə edilən iki telefon, üç kompüter və iki sərt diskdə axtarış zamanı məxfi sənədlər və ya oxşar materiallar tapıb tapmadıqları barədə məlumat verilmir.

Xatırladaq ki, mühafizəkar mövqeyinə sadiqliyi ilə tanınan keçmiş müşavir 2018-2019-cu illərdə bu vəzifədə çalışıb. Xarici siyasət məsələsində Trampla ciddi fikir ayrılıqlarına görə istefa verən Con Boltonsonradan Ağ Ev administrasiyanın ən sərt tənqidçilərindən birinə çevrilib.

O, xatirələrində Ağ Evdə qərarların qəbulu prosesini kəskin tənqid edib. ABŞ hökuməti, öz növbəsində, Boltonun kitabın nəşrində məxfilik öhdəliyini pozduğunu iddia edib.

“Boltonun Tramp administrasiyasında işləyərkən göndərdiyi məxfi məlumatlardan ibarət elektron məktubları “düşmən ölkə”nin kəşfiyyat xidmətləri tərəfindən ələ keçirilə bilər. Mümkün ölkənin – İran, Çin və ya Rusiyanın adı hələlik məlum deyil, lakin bunlar Boltonun yazışmalarına maraq göstərə biləcək ölkələrdir”,- daha əvvəl mənbələrə istinad edən “The New York Times (NYT)” nəşri yazmışdı.

“Fox News” telekanalı isə avqustun 22-də mənbələrə istinadən xəbər vermişdi ki, axtarış müstəntiqlərin Boltonda aşkarlayacağını gözlədiyi “potensial məxfi sənədlər”ə yönəlib. Eyni zamanda, onlar Boltonun nə saxlanıldığını, nə də həbs edildiyini açıqlayıblar. Tramp bildirib ki, axtarış barədə mediadan xəbər tutduğunu deyib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
52
1
azvision.az

2Sources