Rusiya Şimali Koreyaya yeni körpülər tikməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) çıxışı zamanı bildirib.
Tumannaya çayı üzərindən keçən körpü 2026-cı ildə istifadəyə veriləcək.
Vladimir Putin həmçinin vurğulayıb ki, birbaşa hava nəqliyyatının inkişafı KXDR ilə daha da yaxınlaşmağa və Moskva ilə Pxenyan arasında daha möhkəm əlaqələrin qurulmasına töhfə verəcək.
Şəfa Hüseynli