EN

Yeni nəsil kassa aparatları ilə dövriyyə 17,6 milyard manatı ötüb

2025-cü ilin yanvar-avqust aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan ümumi dövriyyə 17 milyard 637 milyon manat təşkil edib ki, bu da  2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3% artım deməkdir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Hazırda ölkə üzrə quraşdırılmış yeni nəsil NKA-ların sayı 108 255 ədəd təşkil edir.

Vergi Xidmətinin məlumatına görə, yeni nəsil NKA-lar hesablaşmalarda şəffaflığın artırılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ümumi nəzarət imkanlarının genişlənməsinə şərait yaradıb.

Gülnar 

Chosen
28
anews.az

1Sources