BAKI, 5 sentyabr. TELEQRAF
Qax rayonunun Qaradolaq kəndində ümumi sahəsi 162 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.