EN

Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədər OLMAYACAQ

“Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan 2026-cı il büdcəsində Ermənistan Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulan məbləğin azaldılmayacağından xəbərsizdir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu erməni mətbuatı yazıb.

“Gələn il də bu il nə qədər iş görürüksə, o qədər də davam edəcəyik, ortamüddətli proqramlarda təsdiqlənən və nəzərdə tutulanları, eyni xərcləri həyata keçirəcəyik. Büdcə dekabrda parlament tərəfindən təsdiqlənəcək. Düşünürəm ki, o zaman hər şey müəyyənləşəcək”, - deyə o bildirib.

“Sizi əmin edirəm ki, 2026-cı ildə Müdafiə Nazirliyi 2024, 2025-ci illərdə olduğu kimi eyni məntiqlə işləyəcək”, - deyə Sarkisyan jurnalistlərə müsahibəsində deyib.

O, Azərbaycanın silahlandığını, Ermənistanın isə Müdafiə Nazirliyinin xərclərini artırmadığını qeyd edərək bildirib ki, Azərbaycanın hərbi büdcəsi son 30 ildə Ermənistanın dövlət büdcəsindən dəfələrlə çox olub.

“Əgər sualınız ondan ibarətdirsə ki, biz bütün dövlət büdcəmizi Azərbaycanın hərbi büdcəsinə çatacaq qədər artırırıq, bildrim ki, bu, baş verməyəcək”, - deyə nazir müavini sözlərini yekunlaşdırıb.

Chosen
53
41
cebheinfo.az

10Sources