EN

Ermənistan MN: "Hərbi büdcəmiz heç vaxt Azərbaycanın hərbi büdcəsinin səviyyəsinə çatmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistanda müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Qraçya Sarqsyan deyib.
O, həmçinin bildirib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan məbləğin azaldılıb-azaldılmayacağı hələ məlum deyil.
"Sizi əmin edirəm ki, Müdafiə Nazirliyi 2026-cı ildə də 2024 və 2025-ci illərdəki eyni məntiqlə işləyəcək", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1.7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir.
Chosen
51
20
oxu.az

10Sources