EN

544 nəfər donor olmaq üçün qeydiyyatdadır: Ölümündən sonra

2025-ci ilin ilk 8 ayında ölkədə 203 orqan köçürməsi icra olunub.

Publika.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb:

“Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz qişa transplantasiyası üzrə 85 əməliyyat aparılıb. Onlardan biri uşaq, 84-ü böyüklərdə icra olunub. Ən az icra olunan sümük iliyi transplantasiyası üzrə isə 22 əməliyyat baş tutub. Onlardan 21-i uşaq, biri isə böyüklərdə icra olunub”.

Chosen
50
10
publika.az

10Sources