EN

Bu ölkədə epidemiya ELAN OLUNDU

Konqo Demokratik Respublikasında Mveka bölgəsində 28 Ebola yoluxması, 15 ölüm qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi Kasai vilayətinə bağlı Mveka bölgəsində Ebola epidemiyasının elan edildiyini açıqlayıb.

Konqo Demokratik Respublikasının (KDR) Səhiyyə Naziri Samuel Roger Kamba paytaxt Kinşasada keçirdiyi mətbuat konfransında Mveka bölgəsində elan edilən epidemiyada 28 Ebola halının aşkarlandığını bildirib.

Kamba epidemiya səbəbilə 15 nəfərin həyatını itirdiyini və ölənlər arasında 4 tibb işçisinin olduğunu qeyd edib.Nazir Kamba hökumətin İctimai Səhiyyə Təcili Əməliyyatlar Mərkəzi vasitəsilə müdaxilə koordinasiya mexanizmi qurduğunu vurğulayıb.

O, təcili müdaxilə qruplarının sahəyə göndərildiyini, nəzarətin gücləndirildiyini, izolyasiya prosedurlarının tətbiq olunduğunu və dəfn proseslərinin digər insanların təhlükəsizliyini təmin edəcək şəkildə yenidən təşkil edildiyini bildirib.

Chosen
34
cebheinfo.az

1Sources