EN

Bir çox Avropa ölkələri Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub

2025-ci ildə Aİ-nin Rusiya və Moldovaya qarşı tətbiq etdiyi sanksiya tədbirlərinə yeddi Avropa ölkəsi qoşulub.

Editor.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas deyib.

Bildirilib ki, sanksiya tədbirlərinə Albaniya, Bosniya və Herseqovina, İslandiya, Monteneqro, Şimali Makedoniya, Moldova və Ukrayna sanksiyalara qoşulub.

Bu ölkələrin Aİ-nin Rusiya və Moldova vətəndaşlarına və təşkilatlarına qarşı şəxsi sanksiyalarını, eləcə də isveçrəli jurnalist Natali Yamb və avstraliyalı bloger Simeon Boykova qarşı “informasiya manipulyasiyasına” görə tətbiq etdiyi sanksiyaları dəstəklədiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az

Chosen
118
editor.az

1Sources