Gəncədə yaşayış binasında yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yanğın mənzilin mətbəxində başlayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri və texnikası cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu