EN

Dəmir yolunda yenilik - Ucar-Hacıqabul hissəsi dəyişən cərəyana keçdi - FOTO

"Dəmir yolunun enerji infrastrukturunun yenilənməsi istiqamətində daha bir mühüm mərhələni başa vurduq – Bakı-Böyük Kəsik xəttinin Ucar-Hacıqabul hissəsində (122 km) dəyişən cərəyana keçidi uğurla tamamladıq". Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov sosial şəbəkə hesabında paylaşım edib. Sədr bildirib ki, bu sahə artıq yeni rabitə və işarəvermə sistemləri ilə təchiz olunub, müxtəlif proseslərin paralel şəkildə idarə olunmasına imkan verir və beynəlxalq standartlara cavab verir: "Dəyişən cərəyana keçid ekoloji təmiz elektrik qatarlarının istifadəsini genişləndirəcək, yük və sərnişin daşımalarında sürəti və təhlükəsizliyi artıracaq, dəmir yolumuzun regionda rəqabət üstünlüyünü möhkəmləndirəcək".

Rövşən Rüstəmov əlavə edib ki, qarşıdakı hədəf 2026-2027-ci illərdə Hacıqabul-Bakı (127 km) hissəsində işləri tamamlayaraq bütün Bakı-Böyük Kəsik dəmir yolu xəttini müasir dəyişən cərəyan sistemi ilə təmin etməkdir. Bu, Azərbaycanın strateji tranzit mövqeyini daha da gücləndirməsinə töhfə verəcək.

 

Emin

FOTO QALEREYA
Chosen
57
avtosfer.az

1Sources